Sizin link burada

ABŞ-Rusiya və Fransa Qarabağla bağlı BƏYANAT yaydı - YENİLƏNİB

ATƏT-in Minsk qrupu həmsədrlərinin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan birgə bəyanat yayıblar.

 

APA-nın məlumatına görə, bəyanatda deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövgedən çıxış etdiklərini bir daha təsdiq edirlər.

 

“Biz region xalqlarının həqiqətən barışması üçün yeganə yol olan münaqişənin danışıqlar yolu ilə həllinə dair birgə öhdəliyimizi bir daha təkrarlayırıq. Danışıqların oktyabrın 16-da Vyanada yüksək səviyyədə bərpasını və ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə xarici işlər nazirlərinin dünənki görüşünü alqışlayırıq. İntensiv dialoqdan razılığımızı ifadə edirik və tərəfləri öz səylərini siyasi nizamlanmasının substantiv məsələlərində güzəştli həllə kökləməyə çağırırıq. Hər hansı təxirəsalma vəziyyəti yalnız çətinləşdirə və tərəflərin davamlı həllə nail olmaq istiqamətindəki öhdəliklərini sual altına qoya bilər.

 

"Prezidentlərin təmas xəttində gərginliyin azaldılması istiqamətində əlavə tədbirlərin görülməsinə  dair üzərilərinə götürdükləri öhdəlikləri rəhbər tutaraq, Yerevan və Bakını ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsini qəbul etməyə çağırırıq. 2016-cı ildə Vyanada və Sankt-Peterburqda keçirilmiş sammitlərdə qəbul edilmiş digər qərarlar da icra edilməlidir. Həmsədrlərin Ermənistan və Azərbaycan xalqları arasında təmasların bərpasına yönəlmiş təkliflərini tərəflərin nəzərdən keçirməsini və itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsində Qızıl Xaç Beynəlxalq Komitəsinə dəstəklərini alqışlayırıq. Tərəflərin bu kimi mühüm humanitar addımları siyasiləşdirməkdən çəkinməyə təşviq edirik”, - deyə bəyanatda vurğulanıb. 

 

 Davamlı sülhə nail olmaq üçün ölkələrimiz tərəflərlə sıx əməkdaşlıq etməyə hazırdır. Tərəflərə təqdim olunmuş işçi təkliflərə dair kompromislərin təşviqi üzrə həmsədrlərimizə vasitəçilik fəaliyyətini davam etdirməyi tapşırmışıq, lakin Dağlıq Qarabağ münaqişəsinə son qoyulması üçün əsas məsuliyyət Ermənistan və Azərbaycan liderlərinin üzərinə düşür"- deyə bəyanatda vurğulanıb.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>