Sizin link burada

Zöhrə Abdullayeva: "Çəkinən yerim oğlum və gəlinimdi"

 

Əməkdar artist Zöhrə Abdullayeva "Səhər-Səhər" verilişində tənqidi fikirlər səsləndirib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, bəzi saytlar haqqında əsassız yazılar yazırlar:

"Bir dəfə mənim şəklimi bir qız çəkmişdi. Şəkildə pis düşməmişdim. Amma mənim şəklimi o yaxşı təqdim etmədi. Düşünmədi ki, axı mənim çəkinən yerim, oğlum, gəlinim var. Mən yiyəsiz deyiləm axı. Elə şey eləməsinlər. Bəzi saytlardan xahiş edirəm ki, ağı qara, qaranı ağ yazmasınlar. Aqressiv başlıq yazmasınlar. Mənə bir dəfə sual verdilər ki, niyə 2-ci dəfə ailə qurmadınız? Mən də dedim ki, yaxşı insan qarşıma çıxmadı. Səhərisi gün gördüm ki, saytlar yazıblar ki, Zöhrə Abdullayevanın qarşısına yaxşı kişi çıxmadı”.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>