Sizin link burada

Bakıda bacı-qardaşı amansızlıqla öldürən şəxsə ƏN AĞIR CƏZA verildi

 

Bakıda bacı-qardaşı öldürən, analarına isə yaralayan Azər Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Lent.az-ın məlumatına  görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

Prokuror çıxışında A.Cəfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

 

Daha sonra məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Azər Cəfərov ömürlük azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, bu il aprelin 2-də, saat 01:00 radələrində Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, onun anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi BMW markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>