Sizin link burada

FHN Bakıda oteldə yanğın təlimi keçirəcək

 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi bu gün  15:00-da Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city &recidences” otelində yanğın-taktiki təlimi keçirəcək.

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, təlimin keçirilməsində əsas məqsəd otellərin yanğından mühafizəsi üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması ilə bağlı şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.  

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>