Sizin link burada

Qeyri-sabit hava dekabrın 9-dək davam edəcək

“Ölkə ərazisində müşahidə olunan, qeyri -sabit, yağıntılı hava şəraiti dekabrın 9-na kimi davam edəcək”.

 

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

O qeyd edib ki, dekabrın 9-u gündüz saatlarından başlayaraq havaşəraitinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Qeyd edək ki, dekabrın 6-sı gündüzdən 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>