Sizin link burada

Şahdağa 33 sm qar yağdı - FAKTİKİ HAVA - YENİLƏNİB

 

 

Ölkə ərazisində dekabrın 6-sı gündüzdən 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar isə yağıb, bəzi yerlərdə intensiv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.

 
 
 
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0-2, Böyük Qafqazda 6-24, Naxçıvan MR-da 2-9, Lənkəran-Astara zonasında 2-14, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda 1-6, Qazax-Gəncə zonasında və Naxçıvan MR-da 1-4 mm təşkil edib.
 
 
Qar örtüyünün hündürlüyü Şahdağda 33, Xınalıq, Sarıbaşda 28, Ləzə, Qırızda 20, Xaltanda 19, Qonaqkənddə 18, Nohurdüzü, Kişçayda 17, Altıağacda 14, Qusarda 12, Gədəbəydə 8, Qudyalçay-Qırız məntəqədə 6, Ağdərə, Rvarudda 6, Təngəaltı, Daşkəsən, Yardımlıda 5, Ordubadda 4, Qubada 3, Kəlvəzdə 2, Şahbuzda 1 sm olub.
 
 

***

 

 

10:09

 

 

Ötən gün axşam saatlarından başlayaraq, şimal bölgəsinin əksər yaşayış məntəqəsindəhava yağışlı olub.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, dağlıq və dağətəyi ərazilərdə isə qar və sulu qar müşahidə edilib. Qarın hündürlüyü 2-28 sm arasında dəyişir. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 28 sm-ə çatır. Qubanin Xaltan kəndində 19 sm, Qırızda 20 sm, Qonaqkənddə 18 sm, rayon mərkəzində 3 sm, Qusarın Ləzə kəndində 20 sm hündürlüyündə qar düşüb.

 

 

Dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyə kimi enib. 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>