Sizin link burada

Ronaldo daha bir rekorda imza atdı

Çempionlar Liqasının qrup mərhələsinin son turunda doğma meydanda “Borussiya” ilə qarşılaşan “Real”ın oyunçusu Kristiano Ronaldo tarixə düşüb.

 

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 13-cü dəqiqəsində Dortmund “Borussiya”sını məyus edən Ronaldo Çempionlar Liqası tarixində qrup mərhələsinin bütün 6 oyununda qol vuran ilk oyunçu olub.  K.Ronaldo 6 oyunda rəqib qapılarından 9 top keçirib.

 

Qeyd edək ki, bu gün "Real" Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Borussiya" ilə qarşılaşır.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>