Sizin link burada

Saakaşvili: “Yeni ili Poroşenkosuz qarşılayacağıq”

Ukrayna prezidenti  Petro Poroşenko Yeni ilədək postunu tərk edə bilər.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Kiyevdə keçirdiyi “xalq yığıncağı”nda bəyan edib.

 

"Mən Poroşenkoya qarşı genişmiqyaslı, dinc şəkildə hücum hazırlamağı təklif edirəm. Mən sizi əmin edirəm ki, yaxşı çalışsaq, şansımız var ki Yeni ili onsuz qarşılayaq”, deyə M.Saakaşvili bildirib.

 

Bundan əvvəl Saakaşvili bildirib ki, silahdaşları Poroşenkonun impiçmenti üçün ölkə ərazisində imza toplamağa başlayıblar.

LENT

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

Digər xəbərlər >>>