Sizin link burada

Toyda qan töküldü: xəsarət alanlar var

Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində baş verib.

 

Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1980-ci il təvəllüdlü Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.

 

Əlavə məlumat veriləcək.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>