Sizin link burada

Şou-biznesdə yeni iş Sima Nəsirovadan gəldi: “Eşq” VİDEO - FOTO

 

Azərbaycanlı müğənni Sima Nəsirova ifa etdiyi “Eşq” mahnısına klip təqdimatı keçirib. Lent.az-ın məlumatına görə, tədbiri ilk olaraq jurnalist Şahin Cavadsoy açıq elan edərək, qonaqları yeni çəkilmiş klipi izləməyə dəvət edib.

 

Ekran işi izlənildikdən sonra müğənni Sima Nəsirova öz təəssüratlarını bölüşüb: “Dəvətimi qəbul edib gəldiyiniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Səhnəyə gəldiyim ilk gündən həmişə çalışmışam ki, başqaları kimi olmayım. Seçilmək, fərqlənmək daima əsas istəyim olub. İnanıram ki, klipi izləyən hər kəs bu fərqi hiss edəcək. Bir etiraf edim, sənətimlə bağlı daima belə bir günü arzu edirdim. Allah həmin xəyallarımı gerçək etdi. Peşəkar səhnədə olduğum 7 il ərzində ilk dəfədir həm özümə, həm də sizə hesabat verirəm. Nə gözəl ki, ilk təqdimatım da məhz "Eşq" mahnıma çəkilən klipə oldu. Mən eşqi də, məhəbbəti də sənətimdə tapmışam. Həyacanlı olsam da, ilk böyük layihədə yanımda olan bütün komandamıza təşəkkür edirəm. Şadam ki, sözləri Leyli Erola, musiqisi və aranjimanı Tərlan Məmmədhüseynova məxsus olan "Eşq" klipini istedadlı gənclərlə ərsəyə gətirdim. Orxan Məmmədli və onun yaradıcı komandası tam istədiyim klipi mənim üçün çəkdilər. Klipin süjet xətti yoxdur. Orxanın ideyasına görə, ətrafımdakı qızlar, mənim arzu və hisslərimin obrazıdır. Onlar mənim iç dünyamı, sənətimə necə aşiq olduğumu ekranlara daşıyır. Ümidvaram ki, geniş izləyici auditoriyası çəkdiyimiz bu zəhmətə layiqincə qiymət verəcək. Əziz jurnalistlər və çox hörmətli sənət dostlarım, sağolun ki, ilk böyük işimdə yanımdasınız. Sizin dəstəyiniz mənə çox böyük qürur verdi. İnşallah, bundan sonra yaradıcılığımda dayanmadan yeniliklər edib, gündəmdə olan yerimi daha da möhkəmlədəcəyəm. Bu işdə mənə yardımçı olan piar menecerim, eləcə də bu tədbirin əsas təşkilatçısı Şahin Cavadsoya təşəkkür edirəm. Həmçinin, illərdir dostluq etdiyim prodüser Kənan Bayramova da minnətdaram ki, təqdimat gününə qədər yanımda olub, öz dəyərli məsləhətlərini məndən əsirgəmədi. Məxsusi təşəkkür edəcəyim insanlar sırasında həmkarım, ailəmdən biri bildiyim qardaşım, çox istedadlı müğənni Elvin Qasımov da var. Onun timsalında bütün dostlarıma "var olun" deyirəm. Gözəl və fərqli "Enjoy lanc"ın rəhbəri Cavid Mədətov və bütün əməkdaşları da sağol olsun ki, qapılarını üzümüzə açdılar və təqdimatımız çox yüksək səviyyədə baş tutdu. Uzun danışıb sizi bir az yorsam da, sonda dönə-dönə hamınıza ayrı-ayrılıqda minnətdaram ki, bu sevincimi mənimlə bölüşdünüz. Ən qısa zamanda yenidən görüşmək ümidi ilə”.

 

Qeyd edək ki, “Eşq” adlı klip təqdimatına xalq artisti Gülyaz Məmmədov, müğənnilər Samir Cavadzadə, Rüfət Axundov, Rahidə Baxışova, Abdül Xalid, Elvin Abdullayev, Vüsal Hacıyev, Emil Bədəlov, “Faytonçu” Nazim, prodüserlər Təranə Səmədova, Tolik (Tarix Əliyev), Zamiq İbrahimov və başqaları gəlmişdi. 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>