Sizin link burada

Fazil Məmmədov danışdı: "Təşəkkür, minnətdarlıq edirəm”

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.
 
Lent.az “Bizimyol.info”-ya istinadən xəbər verir ki, dövlət başçısının müvafiq qərarından sonra bir sıra KİV-də, sosial şəbəkələrdə Vergilər nazirinin vəzifəsindən azad olunması ilə bağlı çoxlu müzakirələr aparılıb. Onun işdən azad olunması ilə bağlı çoxsaylı fikirlər səsləndirilib.
 
Saytın əməkdaşı müzakirə olunan məsələlər haqda ötən gün vəzifəsindən azad olunan Fazil Məmmədova zəng edib. Eks nazir Prezidentin qərarının müzakirə edilməz olduğunu bildirib:
 
“Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər Prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm.”

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>