Sizin link burada

Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim etdi

Yeni vergilər naziri Mikayıl Cabbarov bu gün kollektivə təqdim olunub.

 

APA-nın məlumatına görə, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

 

R. Mehdiyev M. Cabbarova yeni vəzifəsində uğurlar arzulayıb, müvafiq tapşırıqlar verib.

 

M. Cabbarov kollektiv qarşısında çıxış edib.

 

Qeyd edək ki, prezident İlham Əliyev dekabrın 5-də Fazil Məmmədovu vergilər naziri vəzifəsindən azad edərək, bu vəzifəyə Mikayıl Cabbarovu təyin edib. M. Cabbarov buna qədər təhsil naziri vəzifəsində çalışıb.

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>