Sizin link burada

Faiq Tağızadə Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Aklademiyasına həqiqi üzv seçildi

Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə diplom və döş nişanını təqdim edib. Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, noyabrın 22-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyası Rəyasət Heyətinin iclası keçirilib. İclasda Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının akademiki Gennadiy Rodinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının  müraciəti ilə bağlı məlumatı dinlənilib.

 

İclasda  Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi  Akademiyasının Bakı şöbəsinin yaradılması, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyası rəhbərliyinin, həqiqi üzvlərinin seçiilməsi,  Akademiya üzvlərinin mükafatlandırılması haqqında qərar qəbul edilib.

 

AMEA-nın müxbir üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor İslam Mustafayev Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi  Aklademiyasının Bakı şöbəsinin rəhbəri təsdiq olunub.

 

Tibb üzrə fəlsəfə doktoru, Azərbaycanın əməkdar həkimi, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, AMEA-nın müxbir üzvü professor İslam Mustafayev, texnika elmləri doktoru, professor Fuad Hacızadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi  Akademiyasının həqiqi üzvləri seçilib.

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>