Sizin link burada

Kafedə iki nəfəri bıçaqlayana 3 İL HƏBS

 

 

Kafedə iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Rais Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə R.Mirzəyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu il iyunun 28-də Abşeron rayonunun Masazır qəsəbəsindəki kafelərdən birində baş verib.  Cəlilabad rayon sakini Vasif Sadıqov və Yardımlı rayon sakini Əfqan Zeynallı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər.

 

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qəsəbə sakini Raiz Mirzəyev tutulub.

LENT

19 Fevral 2018
18 Fevral 2018

Digər xəbərlər >>>