Sizin link burada

Özü, arvadı, qızı, gəlini və nəvəsi öldü...- RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki dekabrın 5-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bərdə rayon sakini Heydər Quliyevin idarə etdiyi “Mercedes” (yük) və Laçın rayon sakini Sakit Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə S.Hüseynov və sərnişinləri - arvadı Telnaz, qızı Samirə, gəlini Selcan və nəvəsi Cənnət hadisə yerində ölüblər.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır. 

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>