Sizin link burada

Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ

Dekabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. 

 

Dekabrın 7-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insalar üçün əlverişsizdir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, maksimal temperatur 5-8 dərəcə isti təşkil edəcək.

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>