Sizin link burada

Nadir Qafarzadə: "Məndən "qıjı" mahnıları tələb edirlər"

“Röya bəzi radiolarımızı tənqid etdi. Əcəb də etdi. Röya, sən gərək kişi yaranaydın”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə “APA TV”-nin “Show time” verilişində qonaq olan zaman deyib. O, əməkdar artist Röya Ayxanın radioları tənqid etməsini müsbət addım olduğunu deyib: “Röya, səndə bir ərlik, igidlik, güc, güvən var. Sevinirəm ki, sən varsan. Bizim çörəyimiz bir-birimizdən gəlmir. Toyda, konsertdə rastlaşanda salamlaşırıq. Mən həqiqəti deyən insanam. Yəni ki, sən sözünü deyə və yedizdirə bilirsən. Kiməsə deyirsən və o da o sözü udur. Bəli bizim radiolarımızda musiqidən anlayışı olmayan redaktorlar var ki, onlar orada olmamalıdırlar. Sabahdan mənim mahnılarımı radiolarda da verməyə bilərsiz. Onsuz da vermirsiniz. Çünki mən Azərbaycan dilində oxuyuram. Məndən "qıjı", “çuşqa” mahnıları tələb edirsiniz. Amma bağışlayın mənim təhsilim, musiqi savadım buna imkan vermir. Toyda o cür mahnılar oxuyacam, amma efir və radio üçün yox.  Nə edək? Artıq Azərbaycan musiqisi rəhmətə gedib. Yerdən götürəni, ağlayanı da yoxdur. Yaxşı ki, Heydər Əliyev Fondu və Mehriban Əliyeva sayəsində muğamımız inkişaf edib. Buna da dəstək radio və televiziyalar olmalıdır. Çox təəssüf ki, bəzi radiolar dəstək deyil”.   

 

Qeyd edək ki, R.Ayxan bir müddət əvvəl Azərbaycan radiolarını qınayaraq, bu sözləri demişdi: "Doğrudan da biabırçılıqdır. Soruşun niyə? Maşında gedirəm və artıq 5-ci radioya çevirmişəm ki, türk mahnıları oxunur. Görəsən, biz bu qədər pul buraxırıq, bunların haqqını kim verəcək? Dörd gecədir Nihat Odabaşı ilə klip çəkirik. Sonra da yekə-yekə deyirik ki, türklər gəlir Bakıya bizimkiləri tanımır. Bizimkilər onların əlindən öpür. Düzdür,, mən öpməmişəm. Amma öpənlərimiz çox olub. Radiolara səslənib deyirəm ki, işinizi bilin! Çünki adam sizin üçün heç mahnı da oxuyub vermək istəmir. Ona görə də sonra deməyin ki, bizi heç kim görmür, saymır. Siz özünüz özünüzü saymırsınız. Sizə uğurlar olsun, qınından çıxıb qınını bəyənməyənlər!"

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>