Sizin link burada

Bakıda ağır qəza: ölən var - YENİLƏNİB

Bakıda avtomobilin vurub öldürdüyü kişinin şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, dekabrın 6-na keçən gecə Nizami rayonu Mikayıl Əliyev küçəsində Bakı şəhər sakini Anar Atakişiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub öldürdüyü şəxsin paytaxt sakini, 41 yaşlı İlqar Əsgərov olması müəyyən edilib.

 

Faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.

 

*****

 

11:27

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Nizami rayonu Mikayıl Əliyev küçəsində "Mercedes" markalı, 90 SS 079 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 30-35 yaşlı kişi hadisə yerində vəfat edib.

 

Faktla bağlı Nizami rayon Polis İdarəısində araşdırmalar aparılır, ölən şəxsin kimliyi dəqiqləşdirilir.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>