Sizin link burada

Azərbaycan yollarında qanlı gecə - 10 NƏFƏR ÖLDÜ

 

Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzaları 10 nəfərin həyatına son qoyub. Lent.az xəbər verir ki, gün ərzində ümumilikdə 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edən şəxslərdən başqa, daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Ötən gecə ən dəhşətli qəza Bakının Qaradağ rayonunda - Xacasən-Lökbatan yolunda qeydə alınıb. Burada "Mercedes 190" markalı minik avtomobilinin yük maşınına çırpılması 2-si azyaşlı olmaqla, 5 nəfərin ölümünə səbəb olub. Sumqayıtda isə "Hyundai" markalı avtomobil 2 qadını vuraraq öldürüb.

 

Bərdədə ölümlə nəticələnən 2 yol qəzası baş verib. Burada "Mazda" markalı avtomobil 67 yaşlı kişini vurub öldürüb. Bəhramtəpə-Mingəçevir yolunun bu rayondan keçən hissəsində isə "Vaz 21012"nin aşması qadın sərnişinin ölümü ilə nəticələnib.

 

Digər ölümlə nəticələnən yol qəzası Bakının Nizami rayonunda qeydə alınıb.

 

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>