Sizin link burada

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat sona çatır

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 17-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

 

DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan yeri və başlama vaxtı barədə məlumat DİM-in internet portalında yerləşdiriləcək.

 

Sənədlərin qəbulu 6 dekabr saat 18:00-dək davam edəcək.

 

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Qeydiyyat və digər zəruri məsələlər haqqında ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

http://dim.gov.az/news/events/3494/

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>