Sizin link burada

Azərbaycan bayraqlı ilk qatar Türkiyədədir

 

“Azərbaycan Dəmir Yolları”-na məxsus vaqonlardan ibarət olan ilk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınıb

 

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan vaqonlardan ibarət olan ilk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınıb.

 

Bu barədə "APA-Economics"ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

 

"Axalkalaki stansiyasında vaqonların təkər arabacıqlarının dəyişdirilməsi - 1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilməsi prosesi başa çatandan sonra qatar Qarsa yola salınıb. Artıq Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisindədir",- deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib. Artıq bu marşrutla Qazaxıstandan Türkiyənin Mersin şəhərinə iki qatar yola salınıb. 30 konteynerdən ibarət birinci qatar noyabrın 4-də Türkiyənin Mersin  şəhərinə çatıb və qatarla 600 ton buğda daşınıb. İkinci yük qatarı noyabrın 27-dən Qazaxıstandan yola düşüb. Qatar artıq Gürcüstana çatıb.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>