Sizin link burada

Ağdamda çənəsiz quzu doğulub

Ağdamda çənəsiz quzu doğulub. Lent.az-ın Qarabağ müxbirinin xəbərinə görə, “Dördyol-1” qəsəbəsində yaşayan Pərviz  İsmayılovun təsərrüfatında doğulan quzunun alt çənəsi yoxdur. Quzunun çənəsi olmadığı üçün quzu anasından qidalana bilmir.

 

Heyvanın sahibi, süni yolla qidalandırmaq mümkün olacağı təqdirdə, quzunu saxlayacaqlarını bildirib.

 

Ağdam rayon Baytarlıq İdarəsinin nümayəndəsi Lent.az-a bildirib ki, təbiətdə bu cür analoji anomal  hadisələr irsi dəyişiklik  nəticəsində baş verir. 

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>