Sizin link burada

“Qarabağ”dan böyükhesablı məğlubiyyət

Bu gün UEFA Gənclər Liqasında VI tura start verilib. Apasport.az saytının məlumatına görə, Çempionlar yolunda qrup mərhələsində mübarizə aparan “Qarabağ” son turda “Roma” ilə görüşüb.

 

C qrupundan çıxmağı bacarmayan iki komandanın dueli 3-cü yer uğrunda mübarizə xarakteri daşıyıb. Qarşılaşmanın taleyi ilk yarıda həll olunub.

 

İlk yarıda 2 cavabsız qol vuran İtaliya klubu fasilədən sonra da 1 dəfə fərqlənib və ev qələbəsi ilə xal hesabını 9-a çatdırıb. Azərbaycan U-19 Liqasının çempionu olan “Qarabağ” isə 3 xalla avrokubok mövsümünü başa vurub.

 

Keçirdiyi 6 oyunda 1 qələbə qazanıb, 5 dəfə uduzan təmsilçimiz 4-cü dəfə böyükhesablı yenilgi alıb.

 

Qeyd edək ki, qrupumuzun son oyununda “Çelsi” “Atletiko”nu qəbul edəcək. İlk iki yeri təmin edən komandaların dueli Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

 

Gənclər Liqası

Çempionlar yolu, qrup mərhələsi

C qrupu, VI tur

5 dekabr

 

“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) - 3:0

Qollar: Zakaria Sdaiqui, 19, Visente Besujen, 35, Ludoviko Dorazio, 81

Baş hakim: Tihomir Pejin

Baş hakimin köməkçiləri: Qoran Pataki, Maryan Tomas (hamısı Xorvatiya)

Dördüncü hakim: Daniele Martinelli (İtaliya)

Roma. “Tre Fontan” stadionu

“Roma”: 1. Andrea Romanyoli, 5. Stefano Siavattini (k), 8. Alessandro Petruççelli, 10. Mirko Antonuççi, 11. Rikkardo Kappa, 13. Andrea Siofi, 14. Devid Bua, 15. Salvatore Pezzella, 17. Françesko Semeraro, 18. Visente Besujen, 22. Zakaria Sdaiqui

Ehtiyat oyunçular: 12. Stefano Qreko, 2. Lirim Kastrati, 3. Andrei Trusesku, 4. Rikkardo Karqnelutti, 16. Alessio Rikkardi, 19. Ludoviko Dorazio, 21. Luka Petrunqaro

Baş məşqçi: Alberto De Rossi  

“Qarabağ”: 89. Nicat Mehbalıyev, 3. Turan Manafov, 24. Yaroslav Deda, 28. Süleyman Əhmədov, 31. Oliver Stoymenovski, 36. Əli Əliyev, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 59. Boyan Miovski, 60. Pilağa Mehdiyev, 80. İbrahim Qədirzadə

Ehtiyat oyunçular: 40. Məmməd Hüseynov, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 37. Akif Hümbətzadə, 38. Famin Əliyev, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev

Baş məşqçi: Rəşad Sadıqov

  

1

Çelsi

5

4

0

1

13-5

12

2

Atletiko

5

3

0

2

10-7

9

3

Roma

6

3

0

3

11-6

9

4

Qarabağ

6

1

0

4

3-19

3

 

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>