Sizin link burada

"Xəzərin statusuna dair məsələlərlə bağlı nəticə əldə etdik" - Lavrov

"Böyük məmnuniyyətlə deyə bilərəm ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyada açıq qalan bütün əsas məsələlərlə bağlı nəticə əldə etdik".
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada baş tutan toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
 
O bildirib ki, konvensiyanın mətni faktiki olaraq hazırdır: "Bu yaxınlarda sənədin redaktə işləri, milli dillərə tərcüməsi və hər bir ölkənin daxilində onun yüksək səviyyədə imzalanmasına hazırlıq işləri aparılacaq. Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində Qazaxıstanda imzalanacaq. Ümid edirik ki, Sammit gələn ilin 1-ci yarısında baş tutacaq.
 
Sənəd üzərində son texniki və hüquqi işlərin yekunlaşmasından sonra Sammitin vaxtı barədə son qərar Qazaxıstan rəhbərliyi tərəfindən veriləcək".

LENT

18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>