Sizin link burada

Söyüş üstündə qan tökən şəxsə HÖKM OXUNDU

 

 

Bakıda söyüş üstündə iş yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Teyyub Ələsgərov və oğurluqda təqsirləndirilən Eldar Vəlişovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən Teyyub Ələsgərov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Oğurluqda təqsirləndirilən Eldar Vəlişov isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətində qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib.

 

 

 

Qeyd edək ki, Teyyub Ələsgərov Səbail rayon Badambar qəsəbəsində olan kafedə iş yoldaşı Aqil Abdolovla mübahisə edib. Aqil Abdalov Teyyub içki içsin deyə israr edib. Lakin Teyyub Ələsgərov bundan imtina edib. Daha sonra Aqil Abdalov söyüş söyüb. İş yoldaşlarının mübahisəsi qanla nəticələnib. Nəticədə Teyyub Ələsgərov Abdalovu bıçaqlayıb.

 

Teyyub Ələsgərov həbs edilib. Onun barəsində istintaq hərəkətləri aparılan zaman əvvəllər Bakıda bir neçə mənzildən və obyektdən oğurluq etməsi də məlum olub. Bu cinayətlərdə isə ona Eldar Vəlişov köməklik edib.

 

 

Daha sonra Eldar Vəlişovun barəsində də cinayət işi qaldırılıb

 

Teyyub Ələsgərova Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd), 177-ci(oğurluq) maddəsi ilə ittiham edilib. Eldar Vəlişov isə yalnız 177-ci(oğurluq) maddəsi ilə ittiham verilib.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>