Sizin link burada

Manaf Ağayevin oğlunun toyuna kimlər gəldi ? - FOTO - VİDEO

Müğənni Manaf Ağayev ötən gün paytaxt məkanlarının birində oğlu Elçinə toy edib. Lent.az-ın məlumatına görə, mediaya qapalı olan toya şou-biznesin bir çox tanınmış simaları qatılıb. Gecəyə dəvət olunan məşhurlar öz musiqi hədiyyələrini təqdim ediblər. Toyun ən yadda qalan məqamlarından biri Manaf Ağayevin oğlu üçün muğam oxuması olub. Onun bu ifasına həmkarı Tacir Şahmalıoğlu da qoşulub. Ulduz axını olan gecədə M.Ağayev öz təəssüratlarını Lent.az-la bölüşüb: “Bu gün bu məclisə minlərlə adam dəvət edə bilərdim. Amma istədim ki, oğlumun toyunda yalnız ailəmə yaxın insanlar yanımda olsun. Oğlumun istəyini nəzərə alıb, toyu mediaya qapalı keçirtdik. Bu günümdə yanımda olan bütün dostlarımın hər birinə xüsusi təşəkkürümü bildirirəm”.

 

 

Qeyd edək ki, toyda xalq artistləri Niyaməddin Musayev, Məleykə Əsədova, əməkdar artistlər Zöhrə Abdullayeva, Nüşabə Ələsgərli, Elnarə Abdullayeva, Aybəniz Haşımova, Vasif Məhərrəmli, Ədalət Şükürov, Mətanət İsgəndərli, Lalə Məmmədova, müğənnilər Nazənin, Nadir Qafarzadə, Şəbnəm Tovuzlu, Zenfira İbrahimova, Sevil İsgəndərli, Bahar Lətifqızı, Samir Piriyev, Elçin Hüseynov, rəqqasə Fatimə, aşıq Telli Borçalı və başqaları iştirak edib.

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>