Sizin link burada

Pambıq yığıb evə gəldi - bacısının meyitini tapdı - TƏFƏRRÜAT

 

Kürdəmirdə 55 yaşlı qadının intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, rayonun Qarasaqqallı kənd sakini olan 1962-ci il təvəllüdlü Mehparə Rəsulovanın həyat yoldaşından ayrılandan sonra psixoloji problemləri yaranıb. Bacısı ilə birgə yaşayan qadın ruhi xəstə kimi qeydiyyata alınıb.

 

Bildirilir ki, M.Rəsulova özünü asarkən evdə ondan başqa heç kim olmayıb. Dünən axşam saatlarında onun pambıq yığmaqla məşğul olan bacısı evə gəlib və Mehparəni tapa bilməyib. Daha sonra tövləyə baxan qadın bacısının özünü asdığını görüb.

 

Araşdırmalar davam etdirilir.

 

*****

 

9:53

 

Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, rayon sakini, 1962-ci il təvəllüdlü Rəsulova Mehparə Ramazan qızı özünü yaşadığı evin həyətindəki tövlədə asıb. 55 yaşlı qadının sintetik ipdən asılı qalmış meyitini yaxınları aşkarlayıb.

 

Məlum olub ki, o, bir müddət əvvəl həyat yoldaşından boşanıb və bu səbəbdən depressiyaya düşüb.

 

Araşdırma aparılır.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>