Sizin link burada

Bakıda maşın piyadanı vurub öldürdü - YENİLƏNİB

Bakıda 55 yaşlı qadını vurub öldürən avtomobil müəyyənləşib. Lent.az xəbər verir ki, dünən saat 19 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ramiz Qənbərov küçəsində 1962-ci il təvəllüdlü Sadıqova Aida Müzəffər qızının "Opel" markalı, 99 CE 514 dövlət qeydiyyat nişanlı avtomobillə vurulması müəyyən edilib. Avtomobil cərimə meydançasına aparılıb.

 

Qeyd edək ki, hadisə vaxtı ağır xəsarət alan qadın xəstəxanaya aparılarkən vəfat edib.

 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

 

*****

 

7:54

 

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, 1962-ci il təvəllüdlü Sadıqova Aidə Müzəffər qızı Bakıxanov qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

 

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>