Sizin link burada

Kursantlar döyüş atışları icra ediblər - FOTO

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq kursantlar təlim mərkəzində artilleriya qurğularından döyüş atışları həyata keçiriblər.
 
Müdafiə Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, hazırlığın yekun mərhələsində şəxsi heyət xüsusi və döyüş hazırlığı üzrə fənləri öyrənib, eləcə də haubitsa və minaatanlardan döyüş atışları icra edib. 
 
Heyətlərin hazırlığı istənilən iqlim şəraitini modelləşdirən, raket və artilleriya sistemlərinin atəşlərini təqlid edən müasir kompüter trenajorlarında aparılıb.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>