Sizin link burada

"Qarabağ"ın oyununun hakimləri bəlli oldu

Gənclər Liqasının Çempionlar yolunda sonuncu turun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, U-19-lar arasında Azərbaycan çempionu “Qarabağ”ın VI turdakı görüşünü xorvatiyalı ədalət təmsilçiləri idarə edəcək.

 

Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın “Roma” ilə səfər matçının baş hakimi Tihomir Pejin olacaq. Ona Qoran Pataki və Maryan Tomas kömək edəcək. Dördüncü hakim funksiyası italiyalı Daniele Martinelliyə həvalə olunub.

 

Romadakı “Tre Fontan” stadionunda baş tutacaq görüşdə polşalı Marçin Stefanski UEFA nümayəndəsi, italiyalı Domeniko Messina hakim-inspektor olacaq.

 

Qeyd edək ki, sabah keçiriləcək “Roma” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>