Sizin link burada

"Gilan Holding"-in stendi RecExpo-da böyük maraq doğurub

 

"Gilan Holding" 3-cü Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində (RecExpo) uğurla iştirak edib.

28-30 noyabr tarixlərində keçirilən sərgidə həm yerli, həm xarici ziyarətçilər "Gilan Holding"-in stendinə böyük maraq göstəriblər.

Sərgi iştirakçıları "Gilan Holding"-in artıq həyata keçirdiyi, inşasını hələ davam etdirdiyi və reallaşdırmasını planlaşdırdığı daşınmaz əmlak layihələri ilə tanış olublar.

Onların diqqətini əsasən "Crescent" və "Gilan Towers" layihələri cəlb ediblər. Sərgi iştirakçıları digər yaşayış komplekslərinə ("Mirvari Park", "Premier Residence", "Lökbatan Residence") də aid suallar verib, "Gilan Holding"-in mütəxəssislərinin köməyi ilə bütün lazimi məlumatları əldə ediblər.

Azərbaycanın və regionun daşınmaz əmlak sektorunda ən mühüm tədbirlərdən biri olan RecExpo-da yerli və xarici əmlak, tikinti və investisiya şirkətləri iştirak edirlər. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan sərmayələrin həcminin artırılmasıdır.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>