Sizin link burada

Prezidentin köməkçisi BMT-ni tənqid etdi: “Onların arxasınca sürünürlər”

“Beynəlxalq aləmdə gedən prosesləri izlədikdə, təəssüflər olsun, belə qənaətə, nəticəyə gəlmək olur ki, başda BMT olmaqla beynəlxalq təşkilatlar, İttifaqlar və planetin aparıcı ölkələri, liderlər hadisələrin, proseslərin qarşısını almaq, onları qabaqlamaq əvəzinə onların arxasınca sürünürlər”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb.
 
“İntellekt və inkişafın indiki səviyyədə olduğunu nəzərə aldığımız zaman belə vəziyyət müasir beynəlxalq münasibətlərin böyük və təhlükəli problemidir. Beynəlxalq birliyin iqlim dəyişikliyi probleminə münasibəti də bu xarakterlidir”, - deyə o bildirib.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>