Sizin link burada

Günay İbrahimli ilə İradə İbrahimova arasında QALMAQAL: "Ailə sizin..."

Müğənni Günay İbrahimlinin İradə İbrahimova barədə söylədiyi “onu Azərbaycan şou-biznesində görmürəm” sözləri cavabsız qalmayıb.

 

Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinə açıqlama verən İradə İbrahimli həmkarına bu sözləri deyib: “Bu mahnını bəyənmədim ( red: “Ürəyimin qatili”). Bir neçə bəstənin yığması kimi gəldi mənə. Elə bil plagiatdır. Münasibətimiz yoxdur, səhnədə izlədiyim müğənnidir. Bir vaxtlar özünü mənə bənzətdi, elə başladı. Amma gördü ki, yox, bununla bir yerə gedə bilməz. Bu yerin sahibi var. Səs rəngini bəyənirəm. Amma özünü heç kəsə oxşatmasın. Bir az da Röyaya oxşadıram. Ona sual vermişdilər ki, İradəni Türkiyədə tanıyırlar? Günay demişdi ki, yox. Mən də etiraf etmişəm ki, Türkiyədə tanınmıram. Məni bir Cem Yılmaz tanıyır. Bu da bəsimdir. Cem Yılmazı da hamı tanıyır. İnşallah, məni yox, Günayı tanıyarlar.  Mən Azərbaycan şou-biznesində olduğumu iddia etmirəm. Çünki iki övladım var. Əvvəlki tepmdə çalışa bilmirəm. Və mənim ailəm var... İnşallah, ona da qismət olsun”.

 

 

İradənin bu sözlərinə Günay sosial şəbəkədə münasibət bildirib: “İndi də şou-biznesdə təzə dəb yaradıblar. Ailə ilə gündəmə gəlib bir-birilərinə acıq vermək istəyirlər. Onsuz da ailənizdən başqa gündəmə gələcək bir şeyiniz yoxdur. Amma əriniz və uşaqlarınız başqasına acıq vermək üçün bir vasitəyə çevrilməməlidir, həyat yoldaşınızla kiməsə acıq verməyin. Ailə sizin şəxsiyyətiniz, həyatınızın ən böyük qazancıdır, kimisə “vurmaq” üçün alət etməyin. Ailəli olub karyerasını davam etdirən, ən böyük nailiyyəti əldə edənlər də az deyil. İkisini birgə edə bilmirsizsə, susun!".

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>