Sizin link burada

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəldi

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya gəlib.

 

Bu barədə APA-ya Aİ-nin Azərbaycan nümayəndəliyinin siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib. O bildirib ki, səfər iki gün davam edəcək. Səfər çərçivəsində T.Klaarın prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşü gözlənilir.

 

Xatırladaq ki, T.Klaar bu il noyabrın 13-də bu vəzifəyə təyin olunub. O, 2014-cü il iyulun 8-dən bu vəzifədə olmuş səfir Herbert Zalberi əvəzləyib.

LENT

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

Digər xəbərlər >>>