Sizin link burada

ABŞ-da sürücü piyadaları bıçaqladı, sonra maşını izdihama çırpdı

ABŞ-ın Nyu-York şəhərində avtomobil dayanacaqlarından birində bıçaqla silahlanmış şəxs iki nəfərə hücum edib, daha sonra avtomobilə minərək, yaxınlıqda duran piyadaları vurub. APA-nın   “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti kritikdir.

 

Polislər sürücünü saxlayıb.

 

Məlumata görə, insidentə mübahisə səbəb olub. Piyadaların münaqişənin iştirakçısı olub-olmaması barədə məlumat yoxdur.  

LENT

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

Digər xəbərlər >>>