Sizin link burada

Millimiz İranla heç-heçə oynadı

Bu gün İranda futzal üzrə “4 Top Nations” turniri start götürüb. Apasport.az saytının məlumatına görə, milli komandamız da beynəlxalq yarışda iştirak edir.

 

Joze Alesio Da Silvanın yetirmələrinin ilk rəqibi meydan sahibi İran yığması olub. Cənub qonşularımızla artıq millilər səviyyəsində bir dəfə üz-üzə gəlmişik.

 

2016-cı ildə Kolumbiyada keçirilən futsal üzrə dünya çempionatında millimizlə birlikdə F qrupunda çıxış etmiş İran futzalçıları ilə yığmamız bərabərliyə razılaşmışdı.

 

Asiyanın güclülərindən olan rəqibimiz hazırda dünya sıralamasında “ilk 10”da yer alır.

 

Bu dəfə də iki komanda arasındakı oyunda qalib müəyyənləşməyib. Hərəyə 3 qol vuran komandalar hərəyə 1 xal qazanıblar.

 

Qeyd edək ki, günün ilk oyununda Rusiya və Qazaxıstan milliləri də eynihesablı bərabərliyə razılaşıblar.

 

“4 Top Nations” turniri

I tur

 

Rusiya - Qazaxıstan - 3:3

 

İran – Azərbaycan - 3:3

Qollar: Ə.Hassanzadə, 2:28, Tayebi, 3:18, Şajari, 27:04 – Bastos, 1:32, Karvalyo, 16:13, Tyaqo, 39

 

 

 

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>