Sizin link burada

Tanınmış jurnalist Tatyana Çaladze vəfat edib

Tanınmış jurnalist Tatyana Çaladze vəfat edib.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında T. Çaladzenin ötən gecə vəfat etdiyini bildirib.

 

Mərhum jurnalist bu gün Yasamal rayonunda Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

 

Qeyd edək ki, T. Çaladze Latviyada anadan olub, yerli qəzetlərdə çalışıb. Qarabağ münaqişəsini işıqlandırmaq üçün 1992-ci ildə Azərbaycana gələn T. Çaladze qəlbə yarası alıb. Jurnalist Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu sayda məqalə müəllifidir. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə T. Çaladzeyə  Əməkdar jurnalist adı verilib. 

LENT

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

Digər xəbərlər >>>