Sizin link burada

Küçədən keçən qadını zorlamağa çalışdı - FOTO

Türkiyənin Dənizli şəhərində yoldan keçən qadına təcavüz edən şəxs tutulub. Lent.az “Milliyət”ə istinadən xəbər verir ki, axşam saatlarında şəhərin Bayramyeri meydanından keçən qadın tanımadığı şəxsin hücumuna məruz qalıb. Ş.A adlı həmin şəxs A.Y adlı həmin qadını zorla yaxınlıqdakı tikinti sahəsinə apararaq zorlamağa çalışıb. Qadın qışqırandan sonra yaxınlıqdakı şəxslərin hadisə yerinə gəlib. Linç ediləcəyini görən həmin Ş.A qaçıb.

 

Ərazidəki kameralara baxan polis əməkdaşları qadına təcavüz edən şəxsi müəyyən ediblər. O, həbs edilib.

LENT

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

Digər xəbərlər >>>