Sizin link burada

Gürcü şərabı "Ginnesin rekordlar kitabı"na düşdü

Gürcüstan şərabçılığı dünyada ən qədim şərabçılıq kimi Ginnesin rekordlar kitabına daxil edilib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Qeyd olunur ki, rekord bir qrup alimin paytaxt Tbilisidən 50 kilometr məsafədəki iki qədim qəsəbədə arxeoloji qazıntılarından sonra kitaba salınıb. Qazıntı zamanı aşkarlanan tapıntıların bizim eradan əvvəl 6000-5800 illərə aid olduğu təxmin edilir.

İçində maye olmuş aşkar olunan iki qədim qabların kimyəvi analizi göstərib ki, qablar qıcqırma prosesi, şərabın saxlanılması və s. məqsədlər üçün istifadə olunub.

LENT

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

Digər xəbərlər >>>