Sizin link burada

"Azərkitab"da Əlillər Günü münasibətilə aksiya keçirilib

3 Dekabr Beynalxalq  Əlillər Günü münasibətilə “Azərkitab Kitab Təbliğatı Mərkəzi”ində “Xeyriyyə Aksiyası “ keçirilib.

 

Lent.az-ın məlumatına görə, xeyriyyə  aksiyasında ziyalılar, alimlər və bir sıra sənət adamları iştirak edib.

 

“Azərkitab” Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Sabir Həsənovun təşəbbüsü ilə keçirilən  aksiyada şəhid, qaçqın və məcburi köçkün ailələrinə dərsliklər, dəftərxana ləvazimatları hədiyyə edilib. Sabir Həsənovun bildirdiyinə görə, belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

 

Sonda  “Azərkitab Kitab Təbliğatı Mərkəzi” nin layihə rəhbəri Mirisrafil Sabir Həsənova “Vətən Naminə” medalı təqdim edilib.

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>