Sizin link burada

Yoahim Löv favoritlərin adlarını açıqladı

Dünya çempionatında Almaniya yığmasının qələbəyə əsas favorit  hesab edilməsi  bizi narahat etmir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Löv bəyan edib.

 

“Hər turnir öncəsi bizi favorit hesab edirlər, biz buna vərdiş etmişik. Bu bizi narahat etmir. Bəli, biz favoritik, lakin bu statusa malik komandalar az deyil – İspaniya, Argentina, Braziliya, Fransa”, deyə Y.Löv bildirib.

 

Onun sözlərinə görə, qrupda Almaniyanın əsas rəqibi Meksika yığması olacaq: “Meksika dünyanın ən güclü komandalarından biridir. Bəli, Konfederasiyalar Kubokunda biz onlara qalib gələ bildik, o zaman bəxtimiz gətirdi, iki erkən qol vura bildik. İndi isə tamamilə fərqli bir oyun olacaq”.

 

Qeyd edək ki, ötən gün Moskvada DÇ-2018-in final mərhələsinin püşkü atılıb. Almaniya yığması Meksika, İsveç və Cənubi Koreya milliləri ilə birgə “F” qrupunda yer alıb. 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>