Sizin link burada

ŞOK İDDİA: Nizami və Mirhüseyn qumara qurban gedib - 400 MİN DOLLARLIQ QAZANC

 

"Keşlə"nin futbolçularının "Neftçi"yə qarşı bilərəkdən oynamadıqlarına dair iddialarla bağlı yeni təfərrüat üzə çıxıb. Lent.az sportnet.az-a istinadən xəbər verir ki, oktyabrın 25-də keçirilmiş Topaz Premyer Liqasının XIII turunun görüşünə mütəşəkkil qrup müxtəlif xarici bukmeyker kontorlarından fərqli kombinasiyalar üzrə (üst, qol-qol və "Neftçi"nin qələbəsi) 100 min dollar pul qoyuluşu edib.

 

İddia olunur ki, bunun üçün əvvəlcədən "Keşlə"nin 6 futbolçusunun hər birinə 5000 dollar ödənilib. Lakin həmin oyunçuların adları açıqlanmır. Artıq futboldan ömürlük uzaqlaşdırılan Nizami Hacıyevlə Mirhüseyn Seyidov "Keşlə"də yarımmüdafiəçi mövqeyində çıxış etdiklərindən, prosesə arxa xətt oyunçularının da cəlb olunduqları istisna deyil. Planın baş tutması qarşılığında mütəşəkkil qrup ən azı 400 min dollar qazanc əldə edib.

 

"Keşlə" rəsmiləri isə məsələdən işi "düzüb-qoşan" şəxsin "lazım olsa, bütün komandanı alaram" sözlərini ağzından qaçırmasından sonra duyuq düşüb. Baş məşqçi Ramiz Məmmədov şəxsi təcrübəsinə əsaslanaraq, bilərəkdən oynamayan futbolçuları müəyyənləşdirib. Daha sonra o, mətbuat konfransında "bəzi futbolçular imkanlarından aşağı çıxış etdilər. Onların adlarını desək, bu, böyük partlayışa səbəb olar" açıqlamasını verib.

 

Qeyd edək ki, "Neftçi"-"Keşlə" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>