Sizin link burada

Spikerdən deputatlara İRAD: "Bu hərəkətlərə son qoyun"

 
Milli Məclisin iclasında sədr Oqtay Əsədov bəzi deputatlara intizamsızlıqla əlaqədar xəbərdarlıq edib.
 
APA-nın məlumatına görə, gündəlikdəki məsələnin müzakirəsi zamanı O. Əsədov deputatların iclasların gedişində öz telefonları ilə məşğul olduğunu, hətta zənglər etdiyini bildirərərk bu hərəkətlərə son qoymağa çağırıb: “Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam. Daha bəsdirin də! Telefonları gətirirsiniz iclasa, dinimirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda qurdalanmağı yığışdırın! Diqqətiniz iclasda olsun!”
 
Qeyd edək ki, artıq bir müddətdir Milli Məclisə smartfonların keçirilməsi qadağan edilib.    

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>