Sizin link burada

Aygün Kazımova artıq cücə olub - VİDEO-FOTO

 

Aygün Kazımova 30 illik səhnə fəaliyyətinin ən pozitiv layihəsini həyata keçirib. Lent.az xəbər verir ki, xalq artisti "Cücələrim" adlı mahnını öz repertuarına daxil edib: “"Cücələrim" mahnısının bu il 70 illiyi tamam olur. Bu mahnını bilməyən insan yoxdur. Dünyanın ən məşhur uşaq mahnısıdır. Yeganə Azərbaycan mahnısıdır ki, dünyanın 40 dilinə tərcümə olunaraq ifa olunub. Mən də bu mahnıya öz töhvəmi verdim".

 

Aygün Kazımova bildirib ki, bu mahnıya sevgisi uşaqlığından bu günə kimi davam edir: "Məktəbdə oxuyarkən "Cücələrim" ansamblının baş cücəsi idim. Bu gün isə bu layihənin prodüseri mənim yeni musiqi produserim olan Kahaber Tsiskaridzedir. Onunla bir neçə layihəlik müqavilə bağlamışam. "Cücələrim" bizim başlanğıc işimiz oldu. Ard-arda işlər görəcəyik. O, Gürcüstanın məşhur DJ-i, musiqiçisi, prodüseri və ictimai xadimidir. Bu il Tiflis merinə namizəd idi. Azərbaycana da məhz "Cücələrim" proyektinə görə gəlib. Obrazımın üzərində isə illərdir mənimlə ən böyük layihələrimdə komandamın üzvü olan Ruxa, Tural Atazadə və Rüfət İsmayıl çalışıb. Layihənin ümumi prodüseri isə Şahin Qurbanovdur".

 

"Cücələrim" layihəsi üçün Aygün Kazımova xüsusi fotosessiya və musiqili video rolik də hazırlayıb. Fotoların müəllifi Orxan Aslanov, back stage isə Kamran Aydınova aiddir. Layihənin art direktoru Anar Hüseynovdur.

 

Qeyd edək ki, "Cücələrim" mahnısının musiqisi Qənbər Hüseynli, sözləri isə Tofiq Mütəllibova aiddir.

 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>