Sizin link burada

Azərbaycan və Əfqanıstan prezidentləri görüşdü

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.
 
 
 
Lent.az-ın Azərtac-a istinadən xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb. 
 
Prezidentlər birgə foto çəkdiriblər. 
 
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib.
 
Bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
 
Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>