Sizin link burada

"Azərbaycan İranın yaxşı qonşusudur" - Zərif

"İranın Azərbaycanla çox gözəl əlaqələri mövcuddur. Bugünkü iclasdan əlavə, prezident İlham Əliyevlə faydalı müzakirələr apardıq".

 

APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

 

Onun sözlərinə görə, prezidentlə görüşdə enerji sahəsində və Xəzər dənizi ilə bağlı, habelə Rusiya-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-İran arasında tranzit sahəsində əməkdaşlıq müzakirə olunub.

 

"Azərbaycan İranın yaxşı qonşusudur. Biz bu əlaqələri ciddi şəkildə davam etdirəcəyik", - deyə nazir vurğulayıb.

LENT

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

Digər xəbərlər >>>