Sizin link burada

Manaf Ağayev: "Oğlumun toyuna gələnlərin sənədləri yoxlanılacaq" - SƏBƏB

 

Müğənni Manaf Ağayev dekabrın 4-də oğlu Elçinə toy edəcək. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Hər şey daxil” verilişində deyib. O bildirib ki, oğlunun özəl günü mediaya qapalı olacaq:


“Oğul toyu qız toyundan fərqli olur. Oğul atası bir az ürəkli olur. Qız gedəndə kövrək olursan, amma indi evə gəlin gətirirsən. Toy mediaya qapalı olacaq. Çünki bunu Elçin özü istəyir. Deyir, müğənni deyiləm ki, mənim toyum çəkilsin. Qapıda mühafizə olacaq. Hamı sənədlə, şəxsiyyət vəsiqəsilə yoxlanılıb buraxılacaq. Düzdür, telefonu hər nə qədər qarşısını almağa çalışsan da, içəri keçirəcəklər, amma jurnalistlərə olmaz. Çünki media elə başlıq qoyur ki, adam qorxur, deyirsən, görəsən, içərisində nə var, nə demişəm...”.

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>