Sizin link burada

Danışılmış oyunlara görə tutulan futbolçular AZADLIQDA

“Keşlə”nin danışılmış oyunlar səbəbilə heyətdən uzaqlaşdırdığı, ötən gün isə hüquq-mühafizə orqanları tərəfindən həbs olunduğu bildirilən futbolçuları azadlığa çıxıblar. Apasport.az saytının məlumatına görə, təxminən iki saat öncə Mirhüseyn Seyidovla Nizami Hacıyev sərbəst buraxılıb.

 

Qeyd edək ki, sözügedən futbolçular danışılmış oyunlarda iştirak şübhəsi ilə ötən gün saxlanılıblar. Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsində dindirilirdi.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>