Sizin link burada

Ramiz Məlikdən Məleykə Əsədovaya növbəti barışıq çağırışı

"Məleykə Əsədova xalq artistidir. 50 yaşı var, bu olanlar ona yaraşmaz. Mənim isə 50 illik təcrübəm var". Bu sözləri Sputnik Azərbaycan-a xalq artisti Ramiz Məlik deyib. O, açıqlamasında bildirib ki, bu gün məhkəmənin tanışlıq prosesi keçirilib: "Mən getmişdim, amma o gəlməmişdi, vəkilini göndərmişdi. Amma gəlməlidir. Mən onu təhqir etməmişdim. Ona məsləhət, öyüd nəsihət vermək istəmişdim. Amma indiki zamanda heç kimə öyüd nəsihət vermək lazm deyil".

 

R. Məlikin sözlərinə görə, M. Əsədova onun yaşına hörmət etməlidir: "Mən bir dəfə ondan üzr istəyib, söhbəti bağlamışam. Amma görünür o davam etmək istəyir. Mən yaşlı adam böyük kimi bir daha əlimi uzadıram. Bağlansın bu söhbət. 74 yaşım var. Belə söhbətlər mənə toxunur…"

R. Məlik qeyd edib ki, məhkəmənin növbəti iclası ayın 19-na təyin edilib.

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>