Sizin link burada

FİFA-nın sabiq vitse-prezidenti tutuldu

Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq vitse-prezidenti Reynald Temarii Taitinin Papeete şəhərində saxlanılıb. O, 2018 və 2022-ci il Dünya Çempionatlarına ev sahibliyi ilə bağlı seçkilərdə korrupsiyaya yol verməkdə şübhəli bilinir.

 

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, müstəntiqlər Reynald Temariinin işlərin araşdırılması prosesində məhkəmə xərclərinin ödənilməsi adı ilə Asia Futbol Konfederasiyasının sabiq rəhbəri Məhəmməd bin Həmmamdan 305 min avro rüşvət aldığını iddia edirlər.  

 

R. Temarii 2010-cu ildə korrupsiyada şübhəli bilinərək futbol fəaliyyətindən kənarlaşdırılıb. O, 2018 və 2022-ci il Dünya Çempionatlarına ev sahibliyi ilə bağlı keçirilən seçkilərdə səsini satmağa hazır olduğunu bildirmişdi. 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>